BP, ARDNŞ, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı qaldırılan iddiaya Hacıqabul məhkəməsində baxılacaq
21 fevral 2007 14:49 (UTC +04:00)
Səbayel rayon Məhkəməsi Hacıqabul rayonunun Rəncbər kəndinin 15 sakininin BP, ARDNŞ, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı mülki iddiasının baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib. Əmək Hüquqlarının Müdafiəsi Liqasından APA-ya bildirilib ki, məhkəmə yanvarın 25-də bu qərar çıxarsa da, indiyədək iş məhkəməyə göndərilməyib. Liqadan verilən məlumata görə, işə obyektiv baxılması və nəzarətə götürülməsi ilə bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə də müraciət olunub.
Qeyd edək ki, sakinlər torpağa olan mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması və istifadəyə icazə verilməməsi nəticəsində dəymiş zərərin kompensasiya edilməsi və əldən çıxmış faydanın ödənilməsini tələb edirlər. Bu tələblə məhkəməyə 15 nəfər müraciət etsə də, zərər çəkənlərin sayı 4200-dən çoxdur. Bakı-Supsa neft kəmərinin çəkilməsi ilə əlaqədar həmin mülkiyyətçilərin torpaq sahələri 10 ildən artıqdır ki, zəbt olunub və mülkiyyətçilərə kompensasiya ödənilməyib. /APA/

Hadisə
Bakı-Sumqayıt qatarının şüşəsini sındıran və yola daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunub
18:41
1 may 2024
İmişlidə yol qəzasında 5 nəfər xəsarət alıb
18:11
1 may 2024
Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub
18:04
1 may 2024
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxs məhkəmədə həbs olunub
16:58
1 may 2024