Bank Of Baku

Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb

Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb
# 23 fevral 2007 12:01 (UTC +04:00)
Bakının Nizami rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində, metronun “Əzizbəyov” stansiyası yaxınlığında Masallı rayon sakini, 1972-ci il təvəllüdlü Vaqif Nuriyevun idarə etdiyi VAZ-2107 markalı 10SE 658 dövlət nömrə nişanlı avtomobil Xaçmaz rayon sakini, 1956-cı il təvəllüdlü Siracəddin Şabanova məxsus, dayanmış vəziyyətdə olan 27 BC 029 nömrə nişanlı “Kamaz”a çırpılıb. V. Nuriyev aldığı xəsarətdən yerindəcə keçinib. Suraxanı-Hövsan yolunda isə Biləsuvar rayon sakini, 1958-ci il təvəllüdlü Ərəstun Hüseynov idarə etdiyi VAZ-2106 markalı 19 BC 939 dövlət nömrə nişanlı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR