Bank Of Baku

Azərbaycan Ordusunun minaya düşmüş beş əsgərindən ikisinin ayağı kəsilib

Azərbaycan Ordusunun minaya düşmüş beş əsgərindən ikisinin ayağı kəsilib
# 23 fevral 2007 14:51 (UTC +04:00)
Müdafiə Nazirliyindəki mənbələrdən APA-ya verilən məlumata görə, həmin əsgərlər Mərkəzi Hospitala yerləşdiriliblər. Məlumata görə, Rakif Məmmədovun sol ayağı pəncədən, Zöhrab Vediyevin isə sağ ayağı baldırdan amputasiya edilib. Digər əsgərlərin isə vəziyyəti orta ağırdır. Onlar Beyləqandakı hospitalda müalicə olunurlar. Qeyd edək ki, fevralın 21-də Füzuli rayonu ərazisindəki N saylı hərbi hissənin 5 əsgəri minaya düşüb. N saylı hərbi hissənin əsgəri, ötən ilin aprelində Goranboy rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Zöhrab Vediyev (1988) minalanmış neytral ərazidə minaya düşüb. Partlayış səsinə əsgər yoldaşına köməyə gələn həmin hərbi hissənin əsgərləri 2005-ci ilin oktyabrında Kürdəmir rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Zamiq Mirzəməmmədov (1987), ötən ilin iyulunda Xətai rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış Rəşad Seyidov(1987), ötən ilin oktyabrında Göyçay rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Rakif Məmmədov(1987), 2005-ci ilin oktyabrında Astara rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Fərid Mirzəyev(1987) həmin ərazidə minalara düşüb və əsgərlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddələri ilə cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR