Bank Of Baku

Tərtərdə əhalidən xeyli miqdarda silah-sursat aşkarlanaraq götürülüb

Tərtərdə əhalidən xeyli miqdarda silah-sursat aşkarlanaraq götürülüb
# 23 fevral 2007 14:56 (UTC +04:00)
Tərtər rayon polis şöbəsinin əməkdaşları əhalidən xeyli sayda qanunsuz silah-sursat aşkarlayaraq götürüblər. Polis şöbəsinin rəis müavini Məhərrəm Hüseynov APA-nın Qarabağ bürosuna bildirib ki, silahlar son iki ayda əhali arasında aparılmış profilaktik tədbirlər nəticəsində könüllü təhvil verilib. Sakinlər polis şöbəsinə 5 ədəd “AKM” markalı avtomat silah, 3 ov tüfəngi, 1 ədəd qundağı və lüləsi kəsilmiş beşatılan, 2 müxtəlif markalı tapança, 2 ədəd tüstülü və işıqsaçan partlayıcı, 5 ədəd əl qumbarası, 1 pulemyot qatarı, 6 avtomat sandıqçası, 2000-dən çox güllə təhvil veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR