Bank Of Baku

Balakəndə Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Balakəndə Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
# 24 fevral 2007 08:46 (UTC +04:00)
Balakəndə Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar “Xocalı qan yaddaşımız” mövzusunda anım mərasimi keçirilib. Bu barədə APA-nin Şəki-Zaqatala bürosuna Balakən rayon icra hakimiyyətindən məlumat verilib. Artıq Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar həftə ərzində rayonun təhsil ocaqlarında, idarə və müəssisələrində silsilə tədbirlər keçirilib. Rayon mədəniyyət evində rayon ictimaiyyətinin iştirakı ilə “Xocalı qan yaddaşımız” mövzusunda keçirilən anım mərasimində çıxış edən natiqlər, faciə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə rayon mədəniyyət evinin işçiləri və məktəb şagirdlərinin iştirakı ilə Xocalı soyqırımı haqqında teatrlaşdırılmış səhnə nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR