Bank Of Baku

Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb

Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb
# 26 fevral 2007 12:22 (UTC +04:00)
Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Vidadi Ələsgərov idarə etdiyi "VAZ-2107" markalı avtomaşını maneəyə vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza nəticədə xəsarət almış V. Ələsgərov xəstəxanaya aparılarkən yolda ölüb. Xətai rayonu ərazisində isə Bakı şəhər sakinləri Elçin Vəliyevin idarə etdiyi "VAZ-2107", Nofəl İbrahimovun idarə etdiyi "VAZ-2106" və Nuşirəvan Əliyevin idarə etdiyi "QAZ-3110" markalı avtomaşınlar toqquşub. Nəticədə Elçin Vəliyev, Nofəl İbrahimov və onların sərnişinləri - Bakı şəhər saiknləri Hüseyn Şahməmmədov, Nazim İbrahimov, Kəmalə Nəsirova, Pərviz İsmayılov, Qönçə İbrahimova və onun azyaşlı uşaqları Amil və Ramin xəsarətlə xəstəxanaya yerləşdiriliblər. H. Şahməmmədov xəstəxanada ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR