Bank Of Baku

Müstəqil Azərbaycan Universitetinin keçmiş tələbələrinin piketinə razılıq verilməyib

Müstəqil Azərbaycan Universitetinin keçmiş tələbələrinin piketinə razılıq verilməyib
# 27 fevral 2007 10:16 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti Müstəqil Azərbaycan Universitetinin (MAU) keçmiş tələbələrinin Təhsil Nazirliyinin binası qarşısında sabaha planlaşdırdığı piketə razılıq verməyib. Bunu APA-ya Bakı şəhər İH-nin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib. Onun sözlərinə görə, tələbələrin problemləri nazirlik səviyyəsində həll olunmalıdır: “Buna görə də tələbələrin şəhər rəhbərliyinə ünvanladıqları məktub Təhsil Nazirliyinə göndərilib”. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Hacı Ələsgərov isə şəhər rəhbərliyinin cavabından asılı olmayaraq sabah Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirəcəklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR