Bank Of Baku

Eldar Əzizov: “Gəncə küçələrinin asfaltlaşdırılması üçün kifayət qədər vəsait var”

Eldar Əzizov: “Gəncə küçələrinin asfaltlaşdırılması üçün kifayət qədər vəsait var”
# 28 fevral 2007 09:28 (UTC +04:00)
Gəncə küçələrinə asfalt örtüyün çəkilməsi davam edəcək. Bu barədə APA-nın Qərb bürosuna açıqlama verən Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bu iş üçün kifayət qədər vəsait olduğunu deyib. Onun sözlərinə görə, Gəncə şəhərinin büdcəsi 23 faiz artırılaraq 33 milyon 99 min manata çatıb. “Bu günə qədər şəhərin bütün əsas magistral yolları və prospektləri, əsas küçələrlə kəsişən ara küçələr asfaltlanıb, səkilər yenilənib. 2006-cı il üçün şəhərimizə ayrılan vəsaitdən 490 000 AZN xərclənməmiş qalıb. Artıq Gəncənin abadlaşdırılması və inkişafı üçün istədiyimiz qədər vəsait ala bilirik. Lakin biz işimizi səmərəli qurmağa çalışırıq. Ötən ildən xərclənməmiş qalan vəsait bu ilin büdcəsinə əlavə olunacaq və Gəncənin abadlaşdırılması üçün xərclənəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR