Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi güclü külək nəticəsində ziyan çəkmiş rayonlara 25 maşından ibarət növbəti yardım karvanı yola salıb

Fövqəladə Hallar Nazirliyi güclü külək nəticəsində ziyan çəkmiş rayonlara 25 maşından ibarət növbəti yardım karvanı yola salıb
# 03 mart 2007 10:27 (UTC +04:00)
APA-nın məlumatına görə, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Yevlax, Göyçay, Ucar, Zərdab rayonlarına dəyən ziyanın aradan qaldırılması üçün nazirliyin ehtiyat fondu hesabına alınan tikinti materialları arasında 8 min ədəd şifer, 2 min kv/m pəncərə şüşəsi, 70 kub/m taxta, 1100 ədəd dəmir lövhə var. Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev deyib ki, bu, ziyan çəkmiş rayonlara yola salınan 4-cü yardım karvanıdır: “Növbəti yardım Şəki, Qax, İsmayıllı və Şamaxı rayonlarına göndəriləcək. Hazırda komissiyalarımız yerlərdə dəyən ziyanı dəqiqləşdirir”.
O. Hacıyev bildirib ki, dəymiş ziyan qismən aradan qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR