Bank Of Baku

Lənkəranda qəza vəziyyətinə düşmüş binanın sakinləri üçün yeni bina tikiləcək

Lənkəranda qəza vəziyyətinə düşmüş binanın sakinləri üçün yeni bina tikiləcək
# 03 mart 2007 10:45 (UTC +04:00)
Lənkəran şəhərində qəza vəziyyətinə düşmüş beşmərtəbəli yaşayış binasından əhalinin evakuasiyası bu gün başa çatıb. APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev məlumat verib. “Artıq ərazi hasarlanır, əhalinin daxil olmaması üçün oraya polis əməkdaşları yerləşdiriləcək”, deyən nazir müavini həmin binanın sakinləri üçün yeni binanın tikiləcəyini vurğulayıb.
Qeyd edək ki, araşdırmalar zamanı beşmərtəbəli yaşayış binasının tikinti aparılan zaman normativlərə riayət olunmaması səbəbindən qəza vəziyyətinə düşdüyü məlum olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR