Bank Of Baku

İki Şuşa köçkünü möhkəm döyülüb

İki Şuşa köçkünü möhkəm döyülüb
# 05 mart 2007 10:12 (UTC +04:00)
Dünən saat 23.30 radələrində Ağcabədi rayonunun Şərəfxanlı kəndində məskunlaşmış Şuşa rayon Xanlıqpəyə kənd sakinləri Rüstəm Xasay oğlu Atakişiyev və Nazilə Xasay qızı Xudiyevanın evinə basqın edilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Şərəfxanlı kənd sakinləri Nahid Cümşüd oğlu Xudiyev, Rövşən Bəhlul oğlu Rüstəmov və İlham adlı bir nəfər xırdabuynuzlu heyvanları oğurlamaq məqsədi ilə adıçəkilən şəxslərin evinə girmək istəyiblər. Ev sahibləri oğruların gəlişindən duyuq düşdüklərindən həyətə çıxıblar. Vəziyyəti belə görən oğrular hadisə yerindən qaçıblar. Ancaq ev sahibləri onları tanıyıblar və məsələni aydınlaşdırmaq üçün Nahid Xudiyevin evinə gediblər. Nahid Xudiyev və digərləri Rüstəm Atakişiyevlə Nazilə Xudiyevanı möhkəm döyüblər. Nəticədə onlar ağır bədən xəsarəti alaraq Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Fakt üzrə Ağcabədi rayon Polis Şöbəsində cinayət işi başlanıb, Nahid Xudiyev, Rövşən Rüstəmov və İlham adlı şəxs tutulub.
Qeyd edək ki, həbs olunanlarla zərərçəkənlər yaxın qohumdurlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR