Bank Of Baku

Sonuncu Həcc ziyarəti zamanı yaranmış problemlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri və daha bir neçə nəfər işdən çıxarılıb

Sonuncu Həcc ziyarəti zamanı yaranmış problemlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri və daha bir neçə nəfər işdən çıxarılıb
# 05 mart 2007 10:54 (UTC +04:00)
Bu barədə APA-ya QMİ-dəki mənbələrdən məlumat verilib. Məlumata görə, A. Paşazadənin bu addımı atmasına səbəb sonuncu Həcc ziyarəti zamanı hacıların vətənə qayıdışında qüsurlara yol verilməsidir. QMİ-nin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev APA-ya açıqlamasında faktı təsdiqləyib və bunu qurumda islahatların aparılması kimi qiymətləndirib. Onun sözlərinə görə, QMİ-də ixtisarlar təkcə beynəlxalq yox, digər şöbələrdə də aparılıb: “Bu, daxili məsələdir. Bu addım bəzi problemləri aradan qaldırmaq üçün atılıb”. A. Bağırov da APA-ya açıqlamasında faktı təsdiqləyib. O, sonuncu Həcc ziyarəti həyata keçirilərkən hacıların vətənə dönüşləri zamanı yol verilən qüsurlara görə özü ilə bərabər rəhbərlik etdiyi şöbənin üç əməkdaşının da işdən çıxarıldığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR