Bank Of Baku

Ailəsi hərbi şəhərcikdə baş vermiş yanğında diri-diri yanmış gizirin özü də dünyasını dəyişib

Ailəsi hərbi şəhərcikdə baş vermiş yanğında diri-diri yanmış gizirin özü də dünyasını dəyişib
# 05 mart 2007 11:29 (UTC +04:00)
Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, R. Orucov artıq torpağa tapşırılıb. Qeyd edək ki, hadisə gizir Rövşən Orucovun Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən “N” saylı hərbi hissənin ərazisindəki hərbi şəhərcikdə yerləşən mənzilində olub. Hadisə nəticəsində ev sahibinin həyat yoldaşı Fərqanə Orucova, uşaqları Nuranə, Ayşən, Əmrah Orucovlar diri-diri yanmış, R. Orucov isə ağır dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yanğının qaz sızmasından baş verdiyi güman olunur. Respublika Hərbi Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR