Bank Of Baku

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 06 mart 2007 15:37 (UTC +04:00)
Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi-Ağdam yolunun 2,5 km-də Qarqar çayının üzərindən keçən körpüdə meydana gəlib. 1982-ci il təvəllüdlü Xaqani Malik oğlu Cavadzadənin idarə etdiyi P 72-06 AQ dövlət nömrə nişanlı “VAZ-2106” markalı “Jiquli” Adil Fərzalı oğlu Əliyevin idarə etdiyi 10 FP 481 nömrə nişanlı “VAZ-2109” markalı avtomaşınla toqquşub. Maşınlardan biri körpünün mühafizə hasarını aşaraq çaya düşüb. Qəza nəticəsində iki sərnişin həlak olub. Bunlar Ağcabədi şəhər sakinləri 1991-ci il təvəllüdlü Həbib Vidadi oğlu Piriyev və 1992-ci ildə anadan olmuş Zeyni Taleh oğlu Məmmədovdur. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR