Bank Of Baku

Dərbənd azərbaycanlıları "Dərbənd" qəzetinin latın qrafikalı əlifba ilə çap edilməsini istəyirlər

Dərbənd azərbaycanlıları "Dərbənd" qəzetinin latın qrafikalı əlifba ilə çap edilməsini istəyirlər
# 07 mart 2007 08:27 (UTC +04:00)
Dağıstan respublikası və hökumətinin təsisçiliyi ilə çıxan "Dərbənd " ictimai-siyasi qəzeti hələ də kiril əlifbası ilə çap olunur. Dərbənddə yaşayan azərbaycanlılar isə bundan narazıdırlar. Onlar qəzetin latın qrafikalı əlifba ilə çapını istəyirlər. Bu barədə APA-nın Dağıstan bürosuna Azərbaycan icmasından məlumat verilib. İcma üzvlərinin sözlərinə görə, azərbaycanlıların yığcam yaşadığı Dərbəndin məktəblərində dərsliklər latın əlifbası ilədir. Cavan nəsil kiril qrafikasını tanımır. Odur ki, Dağıstanda kiril əlifbası ilə nəşr olunan qəzetin gələcəyi qaranlıqdır. Dərbənd sakini Rəşad Ocaqovun dediklərinə görə, Azərbaycan hökuməti Dağıstan tərəfi ilə razılaşdırılmış halda problemin həllinə gömək göstərməlidir. Bundan əlavə, Dərbənd azərbaycanlılarının Azərbaycanda latın qrafikası ilə çap olunan bədii ədəbiyyata da ehtiyacı var. Deyilənləri "Dərbənd" qəzetinin baş redaktoru Hacımurad Əlifxanov da təsdiqləyib. O deyib ki, Dərbənddə Azərbaycan dilində latın qrafikası ilə çap mətbuatı buraxan mətbəə yoxdur: “Bu da hazırda aşağı tirajla çap edilən qəzetin oxucularının sayına təsir göstərir”. Baş redaktorun bildirdiyinə görə, abunəçilərin əksəriyyəti yaşlı və orta nəslin nümayəndələridir. Hazırda Dərbənddə mətbəənin təşkili ilə əlaqədar müəyyən işlər görülür. H. Əlifxanov "Dərbənd" qəzetində ixtisaslı jurnalistlərə ehtiyac olduğunu da vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR