Bank Of Baku

Gəncədə tapılan naməlum meyitin şəxsiyyəti müəyyənləşdirilib

Gəncədə tapılan naməlum meyitin şəxsiyyəti müəyyənləşdirilib
# 07 mart 2007 13:25 (UTC +04:00)
Bir neçə gün əvvəl Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi yaxınlığında, Qəriməmmədli adlanan ərazidə naməlum kişi meyiti aşkar edilib. Gəncə Şəhər Prokurorluğunun müstəntiqi İqbal Tağıyev APA-nın qərb bürosuna bildirib ki, aparılan araşdırmalardan sonra meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onun sözlərinə görə, cəsəd 1969-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Bakı şəhərində kirayədə yaşayan Rövşən Hüseyn oğlu İbrahimova məxsusdur. İ. Tağıyev onu da əlavə edib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR