Bank Of Baku

Arnold Şvartssenegger Kaliforniyadakı Azərbaycan icmasının Xocalı soyqırımı ilə bağlı məktubuna cavab verib

Arnold Şvartssenegger Kaliforniyadakı Azərbaycan icmasının Xocalı soyqırımı ilə bağlı məktubuna cavab verib
# 08 mart 2007 10:51 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Arnold Şvartssenegger cavab məktubunda icma üzvlərini narahat edən məsələlərin onun diqqətinə çatdırmasını alqışlayıb. Onun sözlərinə görə, Kaliforniya məzh “fikirlərini cəsarətlə səsləndirən və ideyalarını reallaşdıran insanların” əməyi sayəsində çiçəklənir. Senator Dianna Feinstein isə Xocalı faciəsının baş verdiyi Dağlıq Qarabağda münaqişənin hələ də həll olunmamasından narahatlığını ifadə edib: “Uzun illər aparılan danışıqlar və aktiv beynəlxalq səylərə baxmayaraq mən də Sizin kimi Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabaq münaqişəsinin həllində vasitəçilik missiyanın uğursuzluğundan narahatam”. Senator məktubunda həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı səylərinin nəticə verəcəyinə ümüdvar olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR