Bank Of Baku

APA “İlin informasiya agentliyi” nominasiyasında qalib olub

APA “İlin informasiya agentliyi” nominasiyasında qalib olub
# 08 mart 2007 11:12 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə jurnalist qadınlarla bağlı assosiasiyanın nominasiyaları açıqlanıb. Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova tədbiri açaraq, bütün qadınları bayram münasibətilə təbrik edib və assosiasiyanın fəaliyyəti barədə məlumat verib. O, qadın jurnalistlərin daim əzmkarlıq, iradə nümayiş etdirdiklərini, ən çətin məqamlarda döyüş bölgələrində, gərgin hadisələrin baş verdiyi ərazilərdə fəallıq göstərərək, peşə borclarını yerinə yetirdiklərini vurğulayıb. Assosiasiya prezidenti qadın jurnalistlərin bu sahədə üstünlük təşkil etdiyini, onlar arasında fərqlənənlərin çox olmasına sevindiyini də bildirib. Daha sonra çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, millət vəkili Qənirə Paşayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, jurnalist Zemfira Məhərrəmli qadın jurnalistlərin əməyindən, bu sahənin xüsusi peşəkarlıq, iradə və cəsarət tələb etməsindən danışıblar. Çıxışlarda daha çox xanım jurnalistlərin cəsarətli yazıları və reportajlarından söz açılıb.
Dahga sonra nominantların adı açıqlanıb. APA “İlin informasioya agentliyi” nominasiyasında qalib olub. Qaliblər arasında jurnalistikanın inkişafındakı xidmətlərinə görə İradə Tuncay, Space teviziyasından Afaq Vasifqızı, “Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızı, ANS televiziyasından Zəminə Əliyeva, Tovuzdakı Simurq TV-nin əməkdaşı və başqaları var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR