Bank Of Baku

Goranboyda xeyli silah-sursat aşkarlanıb

Goranboyda xeyli silah-sursat aşkarlanıb
# 09 mart 2007 07:50 (UTC +04:00)
Goranboyda xeyli silah-sursat aşkarlanıb. Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, növbətçi hissəyə edilmiş naməlum zəng əsasında rayonun Safı Kürd və Rəhimli kəndlərinin yaxınlığında 1 ədəd 5,45 mm kalibrli AK-74 markalı avtomat silahı, 1 ədəd “Vinçester” markalı və 4 ədəd “TOZ” tipli ov tüfəngi, 2 ədəd tank əleyhinə qumbaraatan mərmisi, 5 ədəd F-1, 3 ədəd RQD-5 əl qumbarası, 3 ədəd süngü bıçağı, iki ədəd kustar üsulla hazırlanmış tapança və xeyli sayda müxtəlif çaplı mərmi və avtomat gülləsi tapılıb. Rayon Polis Şöbəsinin rəis müavini Gəray Məmmədovun sözlərinə görə, şöbənin əməkdaşları son üç ayda müxtəlif tipli 20-dək silah və sursat aşkarlayaraq götürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR