Bank Of Baku

APA “İlin informasiya agentliyi” nominasiyasında qalib olub

APA “İlin informasiya agentliyi” nominasiyasında qalib olub
# 09 mart 2007 08:01 (UTC +04:00)
Jurnalist Qadınlar Assosiasiyası 8 mart Beynəlxalq qadınlar Günü münasibətilə KerMur Plaza Toscana restoranında tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə jurnalist qadınlarla bağlı assosiasiyanın nominasiyaları açıqlanıb. Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova tədbiri açaraq, bütün qadınları bayram münasibətilə təbrik edib və assosiasiyanın fəaliyyəti barədə məlumat verib. O, qadın jurnalistlərin daim əzmkarlıq, iradə nümayiş etdirdiklərini, ən çətin məqamlarda döyüş bölgələrində, gərgin hadisələrin baş verdiyi ərazilərdə fəallıq göstərərək, peşə borclarını yerinə yetirdiklərini vurğulayıb. Assosiasiya prezidenti qadın jurnalistlərin bu sahədə üstünlük təşkil etdiyini, onlar arasında fərqlənənlərin çox olmasına sevindiyini də bildirib. Daha sonra çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, millət vəkili Qənirə Paşayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, jurnalist Zemfira Məhərrəmli qadın jurnalistlərin əməyindən, bu sahənin xüsusi peşəkarlıq, iradə və cəsarət tələb etməsindən danışıblar. Çıxışlarda daha çox xanım jurnalistlərin cəsarətli yazı və reportajlarından söz açılıb.
Daha sonra nominantların adı açıqlanıb. APA “İlin informasiya agentliyi” nominasiyasında qalib elan olunub. Qaliblər arasında mətbuatın inkişafında xidmətlərinə görə İradə Tuncay, müəllif verilişlərinə görə qalibləri
Afaq Vasifqızı (Space TV.), Lalə Cəfərova (AzTV), regionda ilin jurnalisti Leyla Mirzəyeva (SMTV, Tovuz rayonu), ilin ən yaxşı jurnal direktoru Aynurə Əmiraslanova (Kulıina jurnali), İlin qəzet redaktoru Xoşqədəm Hidayətqızı (Üç nöqtə qəzeti), bədii teleproqramların hazırlanmasına (tərtibatına) görə Rəhimə Mirzəyevə (İTV nin bədii rəhbəri), ilin telejurnalisti Zəminə Əliyeva (ANS), KİV haqqında yazılara görə Gültəkin Knyazqızı (Azadlıq qəzeti) olub./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR