Bank Of Baku

Yerusəlimdə Azərbaycan icmalarının birləşdirici qurultayına nümayəndələrin seçilməsi məqsədilə toplantı keçiriləcək

Yerusəlimdə Azərbaycan icmalarının birləşdirici qurultayına nümayəndələrin seçilməsi məqsədilə toplantı keçiriləcək
# 09 mart 2007 08:22 (UTC +04:00)
APA-nın xəbərinə görə, toplantıda İsrail-Azərbaycan Dostluq və Əməkdaşlıq Assosiasiyasının yaradılması müzakirə olunacaq və Azərbaycanda doğulub böyümüş tanınmış yəhudilər haqqında film nümayiş etdiriləcək.
Xatırladaq ki, Azərbaycan mənşəli israillilərin ilk yığıncağı 2006-cı il dekabrın 1-də Tel-Əvivdə keçirilib. Bu yığıncaqda ölkədəki çoxminli Azərbaycan diasporasını birləşdirəcək təşkilatın yaradılmasına ehtiyac olduğu qeyd edilib və Azərbaycanla İsrailin dövlət qurumları, ictimai təşkilatları arasında əlaqələrin gücləndirilməsinin önəmi vurğulanıb. Hazırda İsraildə Azərbaycandan bu ölkəyə köçmüş təxminən 100 min insan yaşayır. Ayrı-ayrı şəhərlərdə (Hayfa, Netaniya, Beer-Şeva, Akko) 15 ildir İsrail-Azərbaycan dostluq cəmiyyətləri fəaliyyət göstərsə də, bu qurumları birləşdirəcək vahid təşkilatın yaradılması mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR