Bank Of Baku

Füzuli sakini yanıb

Füzuli sakini yanıb
# 10 mart 2007 10:27 (UTC +04:00)
Füzuli rayonu Babı kəndinin sakini, 1978-ci il təvəllüdlü Şəfəq Cahangirova yaşadığı evdə yanıb. Bu barədə APA-ya Füzuli rayon prokurorunun köməkçisi Mətləb Ağayev məlumat verib. Onun sözlərinə görə, Ş. Cahangirova odun sobasına neft tökərkən ehtiyatsızlıq edib, nəticədə onun üz və baş nahiyələri yanıb. O, dərhal rayon xəstəxanasına çatdırılıb. Hazırda Ş. Cahangirovanın səhhətinin qənaətbəxş olduğunu bildirən M. Ağayev prokurorluq əməkdaşlarının hadisə yerində olduğunu bildirib: “Hadisə sırf ehtiyatsızlıq üzündən baş verib. Hazırda məsələ ilə bağlı prokurorluq araşdırma aparır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR