Bank Of Baku

Bakı-Qazax yolunda 6 nəfərin ölümü ilə nəticələnmiş ağır yol qəzası baş verib

Bakı-Qazax yolunda 6 nəfərin ölümü ilə nəticələnmiş ağır yol qəzası baş verib
# 12 mart 2007 07:51 (UTC +04:00)
Məlumata görə, hadisə Ağdaş şəhər sakini, 1986-cı il təvəllüdlü Əfqan Yusif oğlu İbrahimovun idarə etdiyi VAZ 2107 markalı, 10-GE-259 nömrə nişanlı avtomabilin Bərdə rayonu Zümrüxaç kəndində məskunlaşmış Kəlbəcər rayon köçkünü Qabil Ocaqverdi oğlu Talıbovun idarə etdiyi 09-BG-498 nömrə nişanlı KamAZ 55111 markalı yük maşını ilə toqquşması nəticəsində baş verib. Nəticədə VAZ 2107 avtomobilinin sürücüsü Əfqan İbrahimov, avtomobildəki sərnişinlər - Bakı şəhər sakinləri Nizami Məmməd oğlu Hüseynov, Nazim Nizami oğlu Hüsenyov, Sadiq Zakir oğlu Sabitli, Ağdam rayon sakini Aqşin Fəzail oğlu Nağıyev və Qəbələ rayon sakini Cəmil Məhərrəmov hadisə yerindəcə keçiniblər. KamAZ-ın sürücüsü Qabil Talıbov isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR