Bank Of Baku

Baloğlan Əşrəfova Türkiyədə qaraciyər xərçəngi diaqnozu da qoyulub

Baloğlan Əşrəfova Türkiyədə qaraciyər xərçəngi diaqnozu da qoyulub
# 12 mart 2007 11:16 (UTC +04:00)
Bunu APA-ya xəstənin həkimi Koray Acarlı deyib. Onun sözlərinə görə, martın 11-də komadan ayılan B. Əşrəfov danışa bilməsə də, gözləri və başı ilə suallara cavab verir: “Xəstənin özünü yaxşı hiss etməsi bizə imkan verir ki, donor axtarışını davam etdirək. Donor kimi müraciət edənlərin sayı çox olsa da, münasib qaraciyər hələ tapılmayıb. Xəstənin sağalması üçün əlimizdən gələni edirik”. Xəstənin hazırda Türkiyədə olan bibisi oğlu İqbal Quliyev isə APA-ya bildirib ki, B. Əşrəfova “Memorial” Xəstəxanasında qaraciyər serrozundan əlavə, qaraciyər xərçəngi diaqnozu da qoyulub: “Xərçəng diaqnozunu Bakıda qoymamışdılar. Şükürlər olsun ki, xərçəng beyninə hələ təsir etməyib. Baloğlan Əşrəfov xərçəngdən xilas ola bilər, ancaq ciyər tapılmasa, vəziyyəti pis olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR