Bank Of Baku

Gəncədə yeni ticarət mərkəzinin açılış mərasimi keçirilib

Gəncədə yeni ticarət mərkəzinin açılış mərasimi keçirilib
# 12 mart 2007 11:42 (UTC +04:00)
Bu gün “Yeni Gəncə” yaşayış massivində 6 hektar ərazidə inşa edilmiş “Nəhəng Daş” yarmarkasının rəsmi açılışı keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlham Əliyev və digər rəhbər şəxslər iştirak edib. “Nəhəng Daş” ticarət mərkəzinin direktoru Əli İsmayılovun APA-ya verdiyi məlumata görə, artıq yarmarkada 1100 obyekt tam hazırdır və bu gün istifadəyə verilib: “Ticarət mərkəzi avqust ayında tam hazır olacaq və əlavə 3000-ə yaxın yer istifadəyə veriləcək. “Nəhəng Daş” ticarət mərkəzində yeri olan və bu günədək işə başlamayan sahibkarların yerləri əllərindən alınacaq”.
Gəncə ŞİH başçısının İlham Əliyev isə APA-nın qərb bürosuna bildirib ki, şəhər rəhbərliyi tərəfindən Gəncə şəhər 1 saylı Nəqliyyat Departamentinə şəhərin bütün ərazilərindən ticarət mərkəzinə praktiki olaraq nəqliyyat sisteminin işləməsi barədə göstəriş verilib. Qeyd edək ki, ötən həftə ərzində Gəncə çayının sahilində yerləşən “Passaj” adlandırılan digər ticarət mərkəzinin sahibkarları da “Nəhəng Daş” ticarət mərkəzinə köçürülüb./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR