Bank Of Baku

Lənkəranda güclü yanğın baş verib

Lənkəranda güclü yanğın baş verib
# 19 mart 2007 09:52 (UTC +04:00)
Martın 18-də gecə Lənkəran rayonunun Mamusta kəndi sakini Kamil Cavadova məxsus ikimərtəbəli, dörd otaqlı fərdi yaşayış evində güclü yanğın baş verib. Bir neçə saat ərzində davam edən yanğın nəticəsində ev içindəki əşyalarla birlikdə tamamilə yanaraq külə dönüb. Lənkəran şəhər Dövlət Yanğın Təhlükəsizliyi Xidmətindən (DYTX) APA-nın cənub bürosuna verilən məlumata görə, yanğın barədə məlumat onlara saat 03.35-də daxil olub və hadisə yerinə dərhal iki yanğınsöndürən maşın göndərilib. Yanğınla 2 saat mübarizə aparılsa da, ev içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər güclü alovun yaxınlıqdakı mal-qara tövləsinə keçməsinin qarşısını alıblar. Ev sahibi K. Cavadov mənzildəki əşyaları çıxarmağa cəhd edərkən yüngül xəsarət alıb. İlkin versiyaya görə, yanğına evdəki odun sobasından çıxan qığılcımlar səbəb olub.
Faktla bağlı Lənkəran şəhər DYTX-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR