Bank Of Baku

Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin göstərişi ilə Novxanı bağ massivində “Barama” şərti adı altında əməliyyat keçirilib

Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin göstərişi ilə Novxanı bağ massivində “Barama” şərti adı altında əməliyyat keçirilib
# 19 mart 2007 14:22 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında BŞBPİ-nin rəisi M. Əliyevin özü məlumat verib. Onun sözlərinə görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının da iştirak etdiyi əməliyyata BŞBPİ-nin rəis müavini Yaşar Əliyev və İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli rəhbərlik edib. İki gün davam edən əməliyyat nəticəsində vətəndaşlardan qanunsuz saxlanılan 3 ədəd ov tüfəngi, 2 ədəd tapança götürülüb, yaşayış qaydalarını pozduğuna görə 103 nəfər saxlanılıb, 19 nəfər inzibati qaydada cəzalandırılıb, yol hərəkəti qaydalarını pozduğuna görə 222 sürücüyə cərimə tətbiq olunub. Bundan başqa, qanunsuz fəaliyyət göstərən iki limonad sexi aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR