Bank Of Baku

Bu ilin I rübündə Azərbaycanda mina və partlamamış hərbi sursatdan 4 nəfər həlak olub, 11 nəfər isə yaralanıb

Bu ilin I rübündə Azərbaycanda mina və partlamamış hərbi sursatdan 4 nəfər həlak olub, 11 nəfər isə yaralanıb
# 04 aprel 2007 10:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Azərbaycan Kampaniyasının direktoru Hafiz Səfixanov bildirib. Həlak olanlardan ikisinin mülki vətəndaş olduğunu deyən H. Səfixanov Fizuli rayonunda yerli sakinin minaya təmizlənmiş ərazidə düşdüyünü bildirib. Bu il mina hadisələri Bakı, Fizuli, Naxçıvan və Lənkəranda baş verib. Hər gün 500 min Azərbaycan vətəndaşının mina və PHS təhlükəsi ilə rastlaşmaq ehtimalının olduğunu deyən H. Səfixanov qeyd edib ki, Azərbaycan tezliklə “Ottava Konvensiyası”na üzv olan dövlətlər sırasına qoşulmalı, əhali arasında effektli “Mina təhlükəsinin izahı” proqramının icrasına, qanunvericiliyin yaradılması prosesinə başlanılmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR