Bank Of Baku

Bakıda yeni inşa olunan katolik kilsəsində yanğın törədilib

Bakıda yeni inşa olunan katolik kilsəsində yanğın törədilib
# 10 aprel 2007 14:31 (UTC +04:00)
Bakı katolik kilsəsinin rəhbəri Yan Çapla APA-ya eksklüziv açıqlamasında bildirib ki, yanğın kilsənin pəncərəsindən yandırıcı maddənin atılması nəticəsində baş verib. Hadisəni pisləyən kilsə rəhbəri 5 ildir, Azərbaycanda yaşadığı dövrdə belə hadisə ilə ilk dəfədir ki, rastlaşdığını deyib: “Cinayətkarlar hər bir ölkədə var, biz bu hadisənin şişirdilməsini istəmirik. Bu, adi xuliqanlıq hadisəsidir”. Y. Çapla ümid edir ki, kilsənin qeyri-rəsmi açılışı əvvəldən nəzərdə tutulduğu kimi, aprelin 26-da baş tutacaq. O, bu gün baş vermiş yanğına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Polşanın Azərbaycandakı səfirliyinin dərhal reaksiya verdiyini də qeyd edib. Kilsə rəhbəri onu da bildirib ki, kilsə hələ istifadəyə verilmədiyindən, mühafizəsi də güclü olmayıb: “Bu səbəbdən hadisəni törətmək elə də çətin olmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR