Bank Of Baku

Ermənistanda əsirlikdə olan Samir Məmmədovun anası oğluna növbəti məktub göndərib

Ermənistanda əsirlikdə olan Samir Məmmədovun anası oğluna növbəti məktub göndərib
# 11 aprel 2007 11:36 (UTC +04:00)
Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş əsgəri Samir Məmmədovun valideynləri bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə görüşüblər. S. Məmmədovun əmisi Vidadi Məmmədov APA-ya açıqlamasında bildirib ki, əsir əsgərin yaxınları BQXK təmsilçisi Xuan Karlosun nəzərinə çatdırıblar ki, Samirin son bir ayda ailəsinə məktub yazmaması faktı onları ciddi narahat edir: “Biz bildirdik ki, buna görə Komitənin Ermənistan nümayəndəliyinin fəaliyyətindən narazıyıq. Xuan Karlos dedi ki, Komitənin nümayəndələri tezliklə Samirlə görüşəcəklər və ona ailəsinə məktub yazmağı təklif edəcəklər”.
V. Məmmədovun sözlərinə görə, X. Karlos əsir əsgərin səhhətində problem olmadığını diqqətə çatdırıb. S. Məmmədovun anası görüş zamanı oğluna məktub yazıb və BQXK nümayəndələrinə təqdim edib.
Qeyd edək ki, S. Məmmədov ötən il dekabrın 24-də əsir götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR