Bank Of Baku

Rusiya-Azərbaycan sərhədində atışma baş verib

Rusiya-Azərbaycan sərhədində atışma baş verib
# 27 aprel 2007 07:53 (UTC +04:00)
Aprelin 26-da saat 22.00 radələrində Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar ərazisində milis əməkdaşlarına qarşı terror törədilib. Dağıstan Daxili İşlər Nazirliyinin növbətçi hissəsindən APA-nın Dağıstan bürosuna verilən məlumata görə, hadisə milislər "Jiquli" markalı avtomobilə baxış keçirmək istəyərkən baş verib. Maşındakı naməlum şəxslər avtomat silahdan milislərə atəş açaraq qaçmağa nail olublar. Nəticədə Məhərrəmkənd rayon Milis İdarəsinin iki əməkdaşı ağır yaralanıb. Onlar rayon mərkəzi xəstəxanasına aparılıblar. Hadisədən dərhal sonra operativ əməliyyat-axtarış qrupu yaradılıb və rayon milisi ayağa qaldırılıb. Məhərrəmkənd ərazisində daha bir neçə əlavə post yaradılıb, minik və yük avtomobilləri yoxlanılır. Hadisə ilə əlaqədar ətraf rayonların milis idarələri də məlumatlandırılıb.
Qeyd edək ki, aprelin 23-dən etibarən Dağıstan-Azərbaycan sərhədində hər iki respublikanın daxili işlər nazirliklərinin razılığına əsasən "Sərhəd-sipər" əməliyyatı keçirilir. Əməliyyat tədbirlərinin əsas məqsədi transmilli cinayətkarlığa və dini ekstremizmə qarşı mübarizəni gücləndirmək, əhalidəki qanunsuz silahları yığmaqdır. Əməliyyat çərçivəsində həm də hər iki tərəfdə axtarışda olan şəxslərin yaxalanması üçün də tədbirlər həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR