Bank Of Baku

Astara sakinlərindən saxta dollar tapılıb

Astara sakinlərindən saxta dollar tapılıb
# 27 aprel 2007 10:05 (UTC +04:00)
Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxta dollar alveri ilə məşğul olan iki Astara sakini tutulub. Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Şağlaküçə kənd sakini İsmayıl Eyniyev və Şıxakəran kənd sakini onlara saxta əsginaslar satıldığı barədə polisə şikayət ərizəsi ilə müraciət ediblər. Keçirilən operativ əməliyyat tədbirləri nəticəsində 47 BA 327 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobilinin sərnişinləri, 1985-ci il təvəllüdlü Elvin Əkbərov və 1978-ci il təvəllüdlü Bəxtiyar Əkbərov şübhəli şəxs qismində saxlanılıblar. Onların üzərilərində axtarış aparılarkən 1000 ABŞ dolları məbləğində saxta əsginas aşkar olunub. İlkin dindirmə zamanı bu şəxslərin Astara rayonunun Kakalos kəndində yaşadıqları və qohum olduqları müəyyənləşdirilib. Onlar istintaqa verdikləri izahatda uzun müddət Rusiyanın Tümen şəhərində tikinti obyektində işlədiklərini və bu pulu orada əldə etdiklərini bildiriblər. Vətənə qayıtdıqdan sonra qohumlar gətirdikləri pulun 600 dollarını milli əsginaslara dəyişərək borclarını qaytarıblar. Saxta pulun qalan hissəsini dəyişməyə isə imkan tapmayıblar.
Faktla bağlı Lənkəran Polis Şöbəsində Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR