Bank Of Baku

Türkiyədə insan alveri ilə məşğul olan azərbaycanlı qadın yaxalanıb

Türkiyədə insan alveri ilə məşğul olan azərbaycanlı qadın yaxalanıb
# 27 aprel 2007 13:18 (UTC +04:00)
Türkiyənin Van şəhər polisi insan alveri ilə məşğul olan cinayətkar şəbəkəni ifşa edib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Van Əmniyyət Müdirliyinin (Polis İdarəsi) əxlaq bürosu Ş. B. və M. B. adlı qardaşların insan alveri ilə məşğul olduğunu müəyyənləşdirib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ş. B. birgə yaşadığı R. M. adlı azərbaycanlı qadınla Azərbaycan və Gürcüstandan gətirdikləri qadınları müştərilərə satırmış. Onlar həmçinin yoxsul, kimsəsiz, yardıma möhtac olan qadınları və yeniyetmə qızları da fahişəliyə cəlb edirmiş. Keçirilən əməliyyat nəticəsində 4-ü qadın olan 16 nəfər həbs edilib. Qadınlar yoluxucu xəstəlik daşıyıb-daşımadıqlarını müəyyən etmək məqsədilə həkim müayinəsinə göndərilib. Bu qadınların 2-nin yoluxucu xəstəlik daşıdığı aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR