Bank Of Baku

Naxçıvanda yol-nəqliyyat hadisələrinin sayı iki dəfə azalıb

Naxçıvanda yol-nəqliyyat hadisələrinin sayı iki  dəfə azalıb
# 27 aprel 2007 16:08 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisələrinin sayı iki dəfə azalıb. Muxtar Respublika Dövlət Yol Polisi İdarəsindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, cari ilin ilk rübü ərzində MR ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Ötən ilin müvafiq dövründə isə 4 hadisə baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Son üç ayda təhlükəsizlik kəmərindən istifadə olunmaması faktına görə 443, avtomobili yüksək sürətlə idarə etməyə görə 594, sərxoş vəziyyətdə idarə etməyə görə 191, sürücülük vəsiqəsi olmadan idarə etməyə görə 62, qırmızı işıqda dayanmamağa görə 9, polisin tələbinə tabe olmamağa görə 4, dövlət nömrə nişanı olmadan hərəkətə görə 1 sürücü saxlanılıb. Bütün hallarda yol-hərəkət qaydalarını pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR