Bank Of Baku

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Zərifə Əliyevanın doğum gününə həsr olunan tədbir keçirilib

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Zərifə Əliyevanın doğum gününə həsr olunan tədbir keçirilib
# 28 aprel 2007 09:57 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tanınmış oftalmoloq Zərifə Əliyevanın doğum günü ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirin təşkilatçısı olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında dünyaya göz açan Zərifə Əliyeva 1985-ci ildə vəfat edib. Z. Əliyevanın elmi fəaliyyətini çoxşaxəli hesab edən komitə sədri onun qısa müddət ərzində çoxlu elmi müqavilələr nəşr etdirdiyini bildirib. Onun sözlərinə görə, Zərifə Əliyeva Azərbaycanda ilk dəfə olaraq SSRİ Tibb Elmlər Akademiyası tərəfindən M. İ. Averbax adına mükafata layiq görülüb. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Z. Əliyevaya həsr olunmuş film nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR