Bank Of Baku

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı Milli Strategiya”nın ilkin layihəsi ictimai müzakirəyə çıxarılıb

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı Milli Strategiya”nın ilkin layihəsi ictimai müzakirəyə çıxarılıb
# 28 aprel 2007 10:18 (UTC +04:00)
Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya “Şəffaflığın artırılması və korrupsiyaya qarşı Milli Strategiya”nın ilkin layihəsini ictimai müzakirəyə çıxarıb. Bu barədə APA-ya komissiyadan məlumat verilib. Strategiya 2007-2010-cu illəri əhatə edir. Milli Strategiyada dövlət qulluğuna qəbul, siyasi partiyaların maliyyələşdirilməsi, dövlət büdcəsinin gəlir və xərcləri, vəzifəli şəxslərin gəlirləri, dövlət satınalmaları, özəlləşdirmə, investisiya, ictimai xidmətin səmərəli təmin olunmasında şəffaflığın təşviq edilməsi üçün tədbirlər nəzərdə tutulub. Strategiyaya görə, korrupsiyaya qarşı qanunlar və onlara edilən əlavə və dəyişikliklərin layihələri ictimaiyyətin iştirakı ilə hazırlanmalıdır. Sənədə uyğun olaraq hər bir dövlət orqanı öz fəaliyyəti barədə ictimaiyyətə illik hesabat verəcək. Bu hesabatlarda dövlət orqanlarına işçilərin qəbulu, karyera inkişafı, rotasiyası, işdən çıxarılmalar və şikayətlərlə bağlı məlumatlar öz əksini tapacaq. Milli Strategiyaya uyğun olaraq bir sıra qanunların qəbulu da nəzərdə tutulur. Bura çirkli pulların yuyulmasının qarşısının alınması, gəlir və aktivlərin açıqlanması, maraqlar toqquşmasının qarşısının alınması, siyasi partiyaların maliyyələşməsi, dövlət qulluğu sahəsində islahatlar, İnzibati Prosessual Məcəllənin qəbulu və s. daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR