Bank Of Baku

Yevlax və Masallı rayonları ərazisində ölümlə nəticələnən yol-qəza hadisələri baş verib

Yevlax və Masallı rayonları ərazisində ölümlə nəticələnən yol-qəza hadisələri baş verib
# 28 aprel 2007 10:19 (UTC +04:00)
Aprelin 27-də Yevlax və Masallı rayonları ərazisində ölümlə nəticələnən yol-qəza hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 22:30 radələrində Yevlax rayonunu ərazisində rayon sakini Samir Kərimov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Əmir Məhərrəmovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Əmir Məhərrəmov orada ölüb. Həmin gün saat 02:30 radələrində isə Masallı şəhəri ərazisində Səmidxan kənd sakini Emin Rufullayev idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla rayon sakini Mahir Əliyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən Mahir Əliyev orada ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR