Bank Of Baku

Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının binasında yanğın baş verib

Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının binasında yanğın baş verib
# 30 aprel 2007 08:00 (UTC +04:00)
APA-nın məlumatına görə, yanğın sürətlə binaya yayılsa da, hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri alovun miqyasının genişlənməsinin qarşısını alıblar. Hadisə yerinə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də gəlib. DSX rəisi jurnalistlərə açıqlamasında yanğının səbəblərinin araşdırıldığını deyib. Onun sözlərinə görə, yanğının qarşısının vaxtında alınması nəticəsində binaya ciddi ziyan dəyməyib. Bəzi məlumatlara görə, yanğın zamanı Mərkəzi Aparatın binasında xidmət keçən bir neçə əsgər yüngül xəsarət alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR