Bank Of Baku

Heydər Əliyev prospektində sərnişin mikroavtobusu aşıb, yaralananlar var

Heydər Əliyev prospektində sərnişin mikroavtobusu aşıb, yaralananlar var
# 30 aprel 2007 14:36 (UTC +04:00)
Bu gün saat 13.30 radələrində Heydər Əliyev prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Yol Polisi İdarəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, həmin ərazidə 1 saylı marşrutla hərəkət edən “Mercedes-Benz” markalı “50 BR 396” dövlət nömrə nişanlı mikroavtobus Savalan Şahvəlli oğlu Musayevin idarə etdiyi “Mercedes-180” markalı “10 SB 639” dövlət nömrə nişanlı avtomobillə toqquşub. Mikroavtobusun aşması nəticəsində 6 sərnişin yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR