Bank Of Baku

Bakı-Sumqayıt yolunda dörd maşın toqquşub, yaralananlar var

Bakı-Sumqayıt yolunda dörd maşın toqquşub, yaralananlar var
# 01 may 2007 08:48 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində 4 maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakı istiqamətində hərəkət edən “Peugeot” markalı “10 RV 272” dövlət nömrə nişanlı avtomobil əks istiqamətdən gələn “Mercedes” markalı maşının qarşısına çıxıb. Yol qəzası zamanı arxadan hərəkət edən “KamAZ” markalı yük maşını “Mercedes”i arxadan vurub, sonra isə yolun kənarında dayanan “Jiquli” markalı avtomobilə çırpılıb. “Mercedes” markalı maşının sürücüsü və sərnişini müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR