Bank Of Baku

Abbasqulu ağa Bakıxanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abbasqulu ağa Bakıxanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
# 01 may 2007 14:14 (UTC +04:00)
Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın ensiklopediyaçı alimi, hərbçi-general, şair Abbasqulu ağa Bakıxanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BSU-nun rektoru Kamal Abdulla A. Bakıxanovun dünya və Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən, zəngin irsinə hörmətdən danışıb. Bülbül adına orta ixtisas məktəbinin tarix müəllimi Fəridə Bünyadova çıxışında A. Bakıxanovun həyat və yaradıcılığından, hərbi nailiyyətlərindən söz açıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Fuad Qasımzadə Bakıxanovların soy-kökü haqqında məlumat verib. Tədbir zamanı Tofiq və Əhməd Bakıxanovların əsərlərindən parçalar ifa olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR