Bank Of Baku

Baba Tağıyev: “İnanıram ki, “Avropa Qapıları”nda aparılan yoxlamalar müsbət sonluqla nəticələnəcək”

Baba Tağıyev: “İnanıram ki, “Avropa Qapıları”nda aparılan yoxlamalar müsbət sonluqla nəticələnəcək”
# 01 may 2007 16:31 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında “Avropa Qapıları” Açıq Tipli Səhmdar Cəmiyyətinin təsisçisi, millət vəkili Bağa Tağıyev deyib. Şirkət təsisçisi bildirib ki, aparılan yoxlamaların nəticələri yaxın vaxtlarda bəlli olacaq. Deputat həbs olunması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını da bildirib: “Şirkətdə yoxlamalar getdiyi üçün geniş açıqlama vermək istəmirəm”.
Qeyd edək ki, deputat Baba Tağıyevin təsisçisi olduğu “Avropa Qapıları” Açıq Tipli Səhmdar Cəmiyyətinin fəaliyyəti aprelin 27-dən dayandırılıb, şirkətə məxsus zavod və müəssisələr Abşeron rayon Polis şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Şirkətdə maliyyə pozuntularının aşkarlandığı bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR