Bank Of Baku

Bakıda baş verən yol qəzalarında üç nəfər ölüb

Bakıda baş verən yol qəzalarında üç nəfər ölüb
# 04 may 2007 10:32 (UTC +04:00)
Mayın 3-də Bakının Əzizbəyov, Nizami və Qaradağ rayonları ərazisində ölümlə nəticələnən yol-qəza hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 19:00 radələrində Əzizbəyov rayonu A. İldırım küçəsində Binə qəsəbə sakini Böyükağa Rzayevin idarə etdiyi “Kia” və Şimali DRES qəsəbə sakini Nizami Əliyevin idarə etdiyi “Tofaş” markalı avtomaşınlar toqquşublar. Nəticədə N. Əliyev hadisə yerində ölüb. Nizami rayonu Q. Qarayev küçəsində Bakı şəhər sakini Hüseyn Dadaşov idarə etdiyi “Toyota” markalı avtomaşınla paytaxt sakini Rafael Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən R. Məmmədov orada ölüb. Həmi gün saat 17:00 radələrində isə Qaradağ rayonu R. Salmanov küçəsində Rövşən Səfərov idarə etdiyi “Kamaz” markalı avtomaşınla Lökbatan qəsəbə sakini Məmməd Əhmədovu vurub, nəticədə M. Əhmədov ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR