Bank Of Baku

Səbayel rayonunda yol qəzası sürücülər arasında bıçaqlaşma ilə nəticələnib

Səbayel rayonunda yol qəzası sürücülər arasında bıçaqlaşma ilə nəticələnib
# 07 may 2007 10:58 (UTC +04:00)
Səbayel rayonu 20-ci sahə adlanan ərazisində yol-qəza hadisəsi baş verib. Qəza nəticəsində yaranan münaqişə bıçaqlanma ilə başa çatıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakinləri Fərid Həmzəyevin idarə etdiyi “Wolksfagen” və Novruz Məhərrəmovun idarə etdiyi “VAZ-2104” markalı avtomaşınlar toqquşub. Qəzadan sonra sürücülər arasında baş verən münaqişə zəminində F. Həmzəyev bıçaqla N. Məhərrəmova və onun sərnişini Xudu Qurbanova xəsarət yetirib. F. Həmzəyev Səbayel rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR