Bank Of Baku

Samux rayonunda Heydər Əliyev muzeyinin açılış mərasimi keçirilib

Samux rayonunda Heydər Əliyev muzeyinin açılış mərasimi keçirilib
# 07 may 2007 14:37 (UTC +04:00)
Samux rayonunda Heydər Əliyev muzeyinin açılış mərasimi keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbirdə çıxış edən Samux rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev və başqaları Heydər Əliyevin həyat və yaradıcılığının hər bir azərbaycanlı üçün örnək olduğunu bildiriblər. Qeyd edək ki, muzeyin tikilməsi üçün 85 000 manat vəsait xərclənib. Binanın uzunluğu 19 metr, eni 13 metrdir. Muzeyin tikintisinə yerli mütəxəssislərlə yanaşı, Bakıdan gələn memarlar da cəlb olunub. Xatirə muzeyində 93 fotoşəkil və Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 44 kitab var. İcra hakimiyyətindən bildirilib ki, gələcəkdə muzey üçün Naxçıvan Muxtar Respublikasından da eksponatların gətirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR