Bank Of Baku

Yevlaxda keçmişdən qalma ailə münaqişəsi zəminində sui-qəsd baş verib

Yevlaxda keçmişdən qalma ailə münaqişəsi zəminində sui-qəsd baş verib
# 07 may 2007 15:34 (UTC +04:00)
Ötən gün saat 17:18 radələrində Yevlax rayonunun Telmankənd sakini 22 yaşlı Sadiq Səfiyar oğlu Əsgərov qohumu və həmkəndlisi 1962-ci il təvəllüdlü Oqtay Qara oğlu Həsənovu bıçaqlayıb. APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə keçmişdən qalma ailə münaqişəsi zəminində baş verib. S. Əsgərov hadisə törədən dəqiqədə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə O. Həsənovun yoluna çıxaraq, avtomobilini onun maşınına çırpıb. Daha sonra yerə düşərək qohumunun başına küt alətlə zərbə endirib və qarın nahiyəsindən bir bıçaq zərbəsi vurub. Ağır xəsarət alan O.Həsənov hadisədən xeyli müddət sonra yoldan ötən sürücü tərəfindən Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda Xəstəxananın reanimasiya şöbəsində olan yaralının vəziyyəti həkimlər tərəfindən kritik qiymətləndirilir. S. Əsgərov isə Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı RRŞ-də cinayət işi qaldırılıb. S. Əsgərovun cinayəti tək törətmədiyi və ona yaxın qohumu 18 yaşlı Alim Cəlil oğlu Əsgərov və onun həmyaşıdı Tural İmran oğlu Əsgərovun kömək etdiyi ehtimal olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR