Bank Of Baku

Yevlaxda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər həbs edilib

Yevlaxda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər həbs edilib
# 08 may 2007 08:27 (UTC +04:00)
Yevlaxda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər həbs edilib. Bunlar şəhərin C. Cabbarlı küçəsi, ev 85-də yaşayan 1963-cü il təvəllüdlü Məhəmməd və 1968-ci il təvəllüdlü Vüqar Arif oğlu Talıbov qardaşlarıdır. Yevlax Rayon Polis Şöbəsindən (RPŞ) APA-ya verilən məlumata görə, qardaşlar narkotik vasitələri satarkən yaxalanıblar. Daha sonra onlardan uyuşdurucu alan rayon sakini Çərkəz Rasim oğlu Səfərov da həbs edilib. Saxlanılan şəxslər APA-nın müxbiri ilə söhbətində deyiblər ki, onlar narkotik vasitələri satmaq üçün yox, istifadə etməkdən ötrü əldə ediblər. Amma asayiş keşikçilərinin araşdırmaları qardaşların ifadələrində göstərilənlərin tam əksini üzə çıxarıb. Talıbovların evindən aqrotexniki qaydada becərilmiş 16 ədəd marixuana kolu və 2 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Yevlax RPŞ-dən o da bildirilib ki, Məhəmməd Talıbov əvvəllər oğurluğa görə, Çərkəz Səfərov isə narkotik vasitələrin qəbuluna görə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Faktla bağlı istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR