Bank Of Baku

Azərbaycandan 8 mütəxəssis “Yerli özünüidarəetmə” və “Qanunun aliliyi” proqramları çərçivəsində ABŞ-a gedəcəklər

Azərbaycandan 8 mütəxəssis “Yerli özünüidarəetmə” və “Qanunun aliliyi” proqramları çərçivəsində ABŞ-a gedəcəklər
# 08 may 2007 15:14 (UTC +04:00)
Bakıda “Açıq dünya” mübadilə proqramının açılışına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi iştirak edib. Səfir bildirib ki, yaxın günlərdə hər birində dörd nəfər olacaq iki qrup “Yerli özünüidarəetmə” və “Qanunun aliliyi” proqramları çərçivəsində ABŞ-a gedəcəklər. Qrup üzvlərinin 10 gün ərzində amerikalı həmkarları ilə ixtisas üzrə təcrübə mübadiləsi aparması planlaşdırılıb. ABŞ-a yollanacaq mütəxəssislər Mayami və Hyustonda olacaqlar. Qeyd edək ki, “Açıq dünya” proqramı 1999-cu ildə ABŞ Konqresi tərəfindən təsis olunub. Proqramın məqsədi ABŞ-la tərəfdaş ölkələr arasında əməkdaşlığı inkişaf etdirməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR