Bank Of Baku

Azərbaycana külli miqdarda narkotik maddə keçirmək istəyən İran vətəndaşı güllələnib

Azərbaycana külli miqdarda narkotik maddə keçirmək istəyən İran vətəndaşı güllələnib
# 11 may 2007 12:38 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, bu gecə saat 01:00 radələrində sərhəd-rejim qaydalarını pozaraq qanunsuz yolla Azərbaycana daxil olmağa və ölkəmizə külli miqdarda narkotik maddə keçirməyə cəhd göstərən İran İslam Respublikasının 3 vətəndaşı ilə Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları arasında atışma baş verib. Atışma nəticəsində İran vətəndaşı, 20 yaşlı Sərraf Əzizi qarın boşluğundan və ayağından iki güllə yarası alıb. Adı hələlik bəlli olmayan iki İran vətəndaşı isə hadisə yerindən qaçıb. Hazırda S. Əzizi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasındadır. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirirlər. DİN Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları hadisə yerindən 25 kiloqram tiryək və həşiş tapıblar. Faktla bağlı təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR