Bank Of Baku

Tərtərdə ağır yol-qəza hadisəsi baş verib

Tərtərdə ağır yol-qəza hadisəsi baş verib
# 11 may 2007 12:40 (UTC +04:00)
Bu gecə saat 01:20 radələrində Tərtər rayonunun Düyərli kəndi ərazisində ağır yol-qəza hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Laçın rayon sakini Əvəz Hümbətovun idarə etdiyi “Moskviç-412” markalı və Bərdə rayon sakini Faiq Bayramovun idarə etdiyi “Mercedes-180” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış Ə. Hümbətov və F. Bayramovun sərnişinləri - atası Əziz, anası Züleyxa və yeznəsi Asəf Seyidov xəstəxanaya yerləşdirilib. Ə. Bayramovun vəziyyəti ağır, digərlərinin vəziyyətləri isə orta-ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR